
Türkiyədə arvadını qucaqlayıb öpdüyü üçün həbs edilən ər bəraət aldı.
Anspress-in məlumatına görə, Mühakimə Məhkəməsi ərin arvadını məcburən özünə tərəf çəkərək sarılıb öpməsini cinayət saymadığını bildirərək yerli məhkəmənin verdiyi qərarı ləğv edib.
Appelyasiya məhkəməsinin qərarına görə, evlilik içində sadəcə təcavüz hərəkətləri cəzalandırılacaq. Təcavüz xaricindəki cinsi hücumlarda da cəza verilməyəcək.
Antalyada yaşanan hadisədə qadın polisə şikayət edərək istəmədiyi halda ərinin məcburən onu qucaqlayıb öpdüyündən şikayətçi olmuşdu. Baş İstintaq İdarəsi ər barəsində "cinsi təcavüz" maddəsilə cinayət işi açıb. Mühakimə edilən ər həbs cəzasına məhkum edilib.
Kişi qərardan appelyasıya şikayəti verdikdən sonra cinayət işi və məhkəmənin qərarı Mühakimə Məhkəməsinə göndərilib. İşə yenidən baxılıb və yerli məhkəmənin qərarı əsassız hesab edilib.
Məhkəməsi qərarında belə qeyd edilib: “Zərərçəkmişlə rəsmi evli olan cavabdeh arvadının iradəsinə zidd olaraq onu özünə tərəf çəkərək qucaqlayıb öpməsi şəklindəki hərəkəti cinsi təcavüz cinayəti hesab edilmədiyindən cavabdehin həbs qərarı qanuna ziddir. Bu səbəbdən də cavabdehə verilən cəza ləğv edilir. Mühakimə Məhkəməsinin qərarına görə, evlilik içində sadəcə təcavüz hərəkətləri günah olaraq tanınıb cəzalandırılacaq. Bunun xaricindəki cinsi hücum hərəkətləri cəzasız qalacaq".
Qaynar.info