Xəbər lenti

Arvadını öldürən iş adamının məhkəməsi başlayır
Ölkə 22:27 24.08.2022

Arvadını öldürən iş adamının məhkəməsi başlayır

Həyat yoldaşını qətlə yetirməkdə, qayınanasını öldürməyə cəhddə ittiham olunan iş adamı Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Qaynarinfo xəbər verir ki, iş hakim Fəhmin Hümbətovun icraatındadır.

Qətl hadisəsi 8 may 2022-ci il tarixdə "Qurd dərəsi” yaşayış massivində baş verib. Ailədaxili münaqişə zamanı Tofiq Həsənov arvadı 41 yaşlı İlahə İsgəndərovanı öldürüb, qaynanası İsvet Nağıyevanı isə ağır yaralayıb.  

İlkin məlumatlara görə, hadisə ailədə pula görə yaranmış münaqişəli vəziyyətə görə baş verib. Bildirilir ki,  Tofiq Həsənovun mənzildə saxladığı 180 min manat pul müəmmalı şəkildə yoxa çıxıb. O, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamı külli miqdarda vəsaitin həyat yoldaşı və qaynanası tərəfindən ələ keçirildiyini iddia edib. Tofiq Həsənovun qaynanasından şübhələnməsi ailədaxili münasibətlərdə gərginlik yaradıb. İlahə İsgəndərova anası ilə birgə "Qurd dərəsi” bağlar massivinə - yeni aldıqları evə köçərək orada yaşamağa başlayıb.  

Mayın 8-də Tofiq Həsənov həmin evə gəlib. Növbəti dəfə pul mübahisəsinə görə onların arasında münaqişə yaranıb. Bu zaman o, bıçağa əl ataraq arvadına və qaynanasına zərbələr endirib.

Əvvəllər məhkumluq həyatı yaşayan Tofiq Həsənov biznesmendir, Rusiyada ticarətlə məşğul olub.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->