
Tərtər şəhər sakini arvadını və qaynanasını baltalayıb.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, avqustun 3-də Tərtər şəhərində yaşayan Tofiq Məmmədov evində ailə münaqişə zəminində arvadı Məhsəti Səmədovanın və qaynanası Səfurə Quliyevanın baş nahiyələrinə balta ilə xəsarət yetirib.
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Məmmədov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qaynarinfo.Az