İdman 11:59 04.12.2022

Asim Xudiyev klub prezidentini necə qorxutdu? - Film kimi olay

Dünən Milsi Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən keçirilən "Qəbələ" - "Səbail" oyununda (2:1) yaddaqalan olay yaşanıb.

Fanat.Az-ın xəbərinə görə, maraqlı hadisə matçın hakim-inspektoru Asim Xudiyevin başına gəlib.

Belə ki, matçın gedişində əyləşdiyi oturacaqda çabalayan futbol veteranı hər kəsi həyəcanlandırıb. Onun səhhətində problem yarandığını güman edən "Qəbələ"nin prezidenti Fariz Nəcəfov, matçı işqılandıran jurnalistlər və digər klub nümayəndələri Asim bəyə tərəf qaçıb. 

Xoşbəxtlikdən məlum olub ki, Xudiyev qırmızı, üst hissəsi qatlanan oturacaqdan düzgün istifadə etməyibmiş.

Nəcəfov həyəcanını gizlədə bilməyib: "Qorxutduz bizi, Asim müəllim".