Xəbər lenti

İdman 15:34 01.11.2023

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
 
Qaynarinfo-nun məlumatına görə, təcrübəli keçmiş hakim Konfrans Liqasının qrup mərhələsinin oyununda iştirak edəcək. O, "Zorya” (Ukrayna) – "Makkabi” (Tel-Əviv, İsrail) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma noyabrın 9-da Polşanın Lublin şəhərində keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->