Xəbər lenti

Aşıq Əhliman sağalır: Səhnəyə nə vaxt qayıdacaq? (AÇIQLAMA)
Ölkə 11:21 02.03.2026

Aşıq Əhliman sağalır: Səhnəyə nə vaxt qayıdacaq? (AÇIQLAMA)

"Aşıq Əhlimanın səhhətində irəliləyiş var”.
 
Bu barədə Qaynarinfo-ya aşığın həyat yoldaşı Aybəniz Rəhimova bildirib. 

O qeyd edib ki, Əhliman Rəhimovun nitqi bərpa olunub:

"Müalicəsi başa çatıb. Amma elə dərmanlar var ki,  onları il boyu qəbul etmək lazımdır. Hazırda yalnız həmin dərmanları qəbul edir. Aşıqlar Birliyinə gedib-gəlir, dostları ilə görüşür”.

Aybəniz Rəhimova əlavə  edib ki, Aşıq Əhlimana bir çox tədbirlərdən dəvət gəlir:

"Amma baxıram ki, həvəsi yoxdur, dəvətlərin bəzilərini qəbul etmir. Cavanlığındakı kimi bu tədbirdən o tədbirə gedə bilməz. Əsas odur ki, sağlamlığına qovuşub”.

Qeyd edək ki, bir neçə il əvvəl Aşıq Əhliman insult keçirmişdi. Ardınca isə aşıq ürək əməliyyatı olunub.
 
Bahar Rüstəmli

--> -->