XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Aşıq Namiq: "Qızlar cadu, əməl edib, evlənə bilmirəm"
Maqazin13:29 15.11.2023

Aşıq Namiq: "Qızlar cadu, əməl edib, evlənə bilmirəm"

"Qızla tanış olub danışırıq, bir-iki il sevgili kimi gəzirik, amma evlənmək məsələsinə gələndə ayrılırıq. Elə bil mənə əməl, cadu ediblər”.
Bunu Qaynarinfo-ya açıqlamasında aşıq Namiq Fərhadoğlu deyib. 
Aşıq bu məsələdə qızları ittiham edib:
"Yəqin ki, qızlar edirlər, qısqanırlar. Evlilik alınmırsa, deməli, nəsə var. Cadu var və mən buna inanıram”. 
"Sizə cadu edən qadını tanıyırsıznızmı” sualına aşığın cavabı belə olub:
"Qızlar edir, amma bilmirəm hansı edir cadunu. Nə bilim,  hər gün Quran oxuyuram, hər həftə 7 ziyarətə gedirəm. Əgər, bir adama cadu edilibsə, bir-birinin ardınca 7 ziyarətə getsə, pozulur. Kim-kimə pislik edirsə, Allah onun bəlasını versin. Mən heç kimə pislik etmirəm”. 
Bahar Rüstəmli