Xəbər lenti

Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı
Ölkə19:40 23.02.2015

Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan “Bentley” markalı avtomobil mənim oğluma məxsus deyil”.

Bunu virtualaz.org saytına açıqlamasında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanov deyib.

A.Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir aidiyyəti yoxdur: “Bəzi mətbuat orqanları mənim haqqımda məqsədyönlü şəkildə yalan informasiyalar yayırlar. Mən rəsmi arayış almışam. Həmin “Bentley” avtomobili Valeh Ramazan Allahverdiyev adlı bir şəxsə məxsusdur”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə A.Aslanovun oğlunun sərxoş halda yol polisi tərəfindən saxlanması barədə məlumatlar yayılıb. 

Xəbərdə bildirilib ki, A.Aslanovun oğlunun “Bentley” markalı, 10 DO 007 nömrəli maşını cərimə meydançasına aparılıb.

Qaynar.info