Xəbər lenti

AŞPA prezidenti: “Ermənistanda baş verənlərdən çox narahatam”
Ölkə10:23 26.06.2015

AŞPA prezidenti: “Ermənistanda baş verənlərdən çox narahatam”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser Ermənistandan gələn informasiyalara görə narahat olduğunu bildirib. 

Musavat,com xəbər verir ki, bu barədə o, “RİA-Novosti”-yə açıqlamasında deyib.

“Mən orada baş verənlərdən çox narahatam” – qeyd edib AŞPA başçısı. Qurum rəhbəri Ermənistanla bağlı informasiyaları KİV-lərdən aldığını söyləyib. 

Xanım Brasser tərəfləri sakitliyə çağırıb və xatırladıb ki, bütün hərəkətlər ciddi şəkildə Avropa Şurasının standartlarına uyğun olmalıdır. 

İrəvanda elektrik enerjisinin bahalaşmasına görə kütləvi etirazlar iyunun 19-da başlayıb. Polisin müdaxiləsinə baxmayaraq etirazlar hazırda digər şəhərlərdə də davam edir.

Qaynar.info