Xəbər lenti

Asta sür maşını, amandı, əsgər!
Ölkə11:33 25.05.2013

Asta sür maşını, amandı, əsgər!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Üzeyir Cəfərov



Əsgərlərimiz yerdə də, göydə də qəza törədir


Azərbaycanyollarında baş verən çoxsaylı avtomobil qəzaları haqqında məlumatlar azqala gündəlik normaya çevrilir. Elə bir   gün, elə bir həftə olmur ki,ölən və yaralananlar haqqında məlumat almayaq. Özü də, son vaxtlar buölüm kabusunun statistikası elə sürətlə artmağa başlayıb ki, bəzən  birailənin bir neçə üzvünün faciəli şəkildə dünyalarını dəyişməsi haqqındada ard-arda çoxlu xəbərlər gəlməkdədir. Mənim yazım isə son vaxtlarhərbi qulluqçuların arasında çoxsaylı avtomobil qəzalarında ölən vəyaralanan əsgər və zabitlər barəsindədir. Xatırladım ki, mayın 18-dəQuba rayonu ərazisində, həmçinin həmin gün Bakıda  baş vermiş vəçoxsaylı insan tələfatına, yaralanmasına səbəb olmuş faciəvi hadisələrdə bu məsələni aktuallaşdırdı.

Daxili İşlər Nazirliyinin (DİN)Daxili Qoşunlarının (DQ) bir qrup müddətdən artıq xidmət edən hərbiqulluqçuları səhər saatlarında çavuş Seymur Əliyevin idarə etdiyi RAFmarkalı avtomaşınla Atuc kəndi yaxınlığında havanın yağmurlu olmasınəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verənnasazlıq səbəbindən ağır yol qəzasına   uğramışdılar. Nəticədə sürücü vəmaşında olan Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbiqulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov və Elmir İsmayılovaldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişmişdilər. 1992-ciil təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlüMəmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksimoğlu, Musayev Ruslan Sabir oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadəİsmayıl Bəhaləddin oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraqxəstəxanaya yerləşdiriliblər.

Deyirlər  ki, ili necəbaşlayarsansa, yerdə qalan günlər də o qaydada davam edəcək. DaxiliQoşunlar üçün bu il çox uğursuz başlamışdı. Yanvarın 1-dən 2-nə keçəngecə Oğuz rayonu ərazisində Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlüMaarif Səftər oğlu Əhmədəliyev idarə etdiyi “VAZ-2106” markalıavtomobili yol kənarındakı ağaca çırpmışdı. Nəticədə sürücü vəavtomobildə olan sərnişin - Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlüAlim İsa oğlu Xəlilov aldıqları xəsarətdən hadisə yerində dünyalarınıdəyişmişdilər. Qəzada həlak olan şəxslərin hər ikisi Daxili QoşunlarınŞəki rayonunda yerləşən “N” saylı hərbi hissəsinin hərbi qulluqçularıolan baş gizir hərbi rütbəli şəxslər idilər.

Yenə də yanvarın9-da Binəqədi rayonu ərazisində, Siyəzən şəhər sakini Rüstəm Qasımov“Volvo” markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Sumqayıtşəhər sakini Şahin Osmanovun idarə etdiyi “Mercedes” markalı avtomaşınavurmuşdu. Sonradan R.Qasımov və Ş.Osmanov avtomaşınlarından düşərəkyolun hərəkət hissəsində mübahisə edərkən, İlqar Əmirovun idarə etdiyi“Mercedes” markalı avtomaşın onları vurub. Nəticədə, R.Qasımov hadisəyerində ölmüş, xəsarət alan Ş. Osmanov isə xəstəxanaya yerləşdirilmişdi.Ş.Osmanov da “N” saylı hərbi hissənin giziridir. Daha sonra fevralayında Naxçıvan Muxtar Respublikasında hərbi maşın qəzaya uğramışdı.Culfa-Ordubad yolunda hərəkətdə olan, “N” saylı hərbi hissəyə məxsus yükmaşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlügizir Roman İslam oğlu Məmmədov hadisə yerində dünyasını dəyişmişdi.

Ötənilin statistikasına görə, baş vermiş qəzalar nəticəsində 12 nəfər hərbiqulluqçu həlak olub, 28-i isə yaralanıb və ya xəsarət alıb. 2013-cüilin arxada qoyduğumuz müddətində isə 42 hərbçi dünyasını dəyişib.Onların arasında xeyli sayda insan məhz qəza nəticəsində həlakolanlardır. Özü də, ölənlərin tam əksəriyyəti cavan, həyat təcrübəsi oqədər də çox olmayan zabit və gizirlərdir. Bu yaxınlarda Biləsuvarrayonu ərazisində baş verən qəzada Müdafiə Nazirliyinin leytenantı RəşadMənsimov idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşmışdı.Həmin hadisə nəticəsində maşında olan gizir Kənan İsgəndərov həyatınıitirmişdı.

Naxçıvan Muxtar Respublikasında baş verən vəAzərbaycan ordusunun kiçik çavuşu, müddətdən artıq hərbi qulluqçusuAbdullayev Turan Nazim oğlunun idarə etdiyi “VAZ 2107” markalıavtomobilin Kəngərli rayonunun Xok kənd sakini Səfərov Bəkir Aydınoğlunun idarə etdiyi “VAZ 2107” markalı maşınla toqquşub. Həmin hadisəyəisə qarlı hava şəraitində sürücülərin manevr qaydalarına düzgün əməletməməsi göstərilir. Martın 25-də Ağcabədi rayonunda qeydə alınandəhşətli yol qəzasını da Azərbaycan ordusunun gizirləri törədib. 1992-ciil təvəllüdlü Qabilov İsmət Vidadi oğlu idarə etdiyi “Mercedes C Klass”markalı avtomobillə 2 nəfəri vuraraq öldürüb. İki piyadanın yerindəcəkeçinməsi ilə nəticələnən hadisəyə səbəb gizirin avtomaşını yüksəksürətlə idarə etməsi göstərilir.

Sükan arxasında peşəkarlaroturdulmalıdır! Hərbi hissəyə daxil olan əsgərə bir neçə aydan sonrasükan həvalə olunur. Oğlunun yerinin rahat olması məqsədi ilə valideynmüxtəlif yollarla ona sürücülük vəsiqəsi alır. El arasında “Sükanarxasında oturan əsgərdirsə, o maşından uzaq dur” deyirlər.

Sürücülükvəsiqəsi olan əsgərin çoxu əslində Bakı və digər şəhərlərdə avtomobilidarə etmək üçün lazım olan bilik və bacarığa malik deyillər.

DİNDQ Avtomobil xidməti rəisi polkovnik Fuad Alıyev mətbuata açıqlamasındaşəxsi heyəti daşıyan avtomobillərin əsgərlərə deyil, müddətdən artıqhərbi xidmətdə olan hərbi qulluqçulara həvalə olunduğunu deyib: “Qoşunnövündən asılı olmayaraq, hərbi xidmətə qəbul edildikdən sonrakı ilk 40günlük karantin dövründə çağırışçılar arasında sürücülük vəsiqəsiolanlar seçilir. Həm bu mərhələdə, həm də hərbi hissələrdə 2 həftəlikadaptasiya dövründə onların bu istiqamətdə bacarıqları yoxlanır vəinkişaf etdirilir. Bölünərkən sürücülük vəsiqəsi olanlar avtomobilbölmələrinə göndərilir. Burada onlara 1 aylıq hazırlıq kursu keçilir,avtomaşının quruluşu, ola biləcək nasazlıqlar, onları aradan qaldırmağınyolları öyrədilir, praktiki idarəetmədə məşğələlər keçilir. Kursunsonunda əsgərlərdən imtahan qəbul olunur. Sınaqdan uğurla çıxanlar 500kilometrlik xüsusi taktiki marşa cəlb olunur. Hər bir əsgər 3-4 günərzində eyni markalı maşınla yolsuzluq, şosse, şəhər daxilində, gününmüxtəlif saatlarında sınaqdan çıxarılır və yalnız bundan sonra ona bölməkomandirinin əmri ilə maşın təhkim olunur”.

Necə deyərlər, lapyaxşı. Bəs baş vermiş hadisələrdə günahkar kimdir? Hadisə, faciə başverirsə, bunun üçün cavabdehlik daşıyan şəxs(lər) də olmalıdır...Həmişəki kimi, vəziyyətdən çıxmaq üçün  rəsmi qurumların təmsilçiləri“Allahın işidir, qəza hər yerdə ola bilər” kimi növbətçi cümlələrişlətməklə işlərini bitmiş sayırlar.

Sonda onu qeyd edim ki, həril dünyada yol qəzalarında 1.2 milyon insan ölür. Bu barədə “AssoşieytedPress” agentliyi məlumat yaymışdı. Cənubi Afrika Respublikası dünyadaən çox yol qəzası baş verən ölkədir. Burada  yol qəzasından hər gün 40-aqədər insan ölür. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda da avtomobilqəzasının sayını öyrənib. Məlum olub ki, Azərbaycan Avropada ən çoxavtomobil qəzası baş verən ölkələr sırasındadır. Təkcə ötən il baş verən2970 yol qəzası zamanı 1052 nəfər ölüb, 3232 nəfər isə müxtəlifdərəcəli bədən xəsarəti alıb. Bu ilin üç ayında isə ölkədə təxminən 600yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 205 nəfər ölüb, 700 nəfəryaralanıb.

Qeyd edək ki, yaranmış vəziyyət Azərbaycanda da ciddinarahatlıq yaradıb. Bu səbəbdən aprelin 15-dən ölkədə “piyadalarıntəhlükəsizliyi” aylığı keçirildi. Qaydaya görə, qadağan olunmuşərazilərdən keçən minlərlə vətəndaş 10 manat cərimə edildi.  Hazırdarespublikanın avtomobil yollarında təxminən 720 min maşın hərəkət edir.Ötən il qəzalarda ölənlərin sayını nəzərə alanda məlum olur ki,Azərbaycanda hər 100 min maşına 142 ölüm düşür.

Bizim hərbuqulluqçularımız təkcə, avtomobil texnikası ilə deyil, hətta ağır zirehlitexnika, hava maşınlarında (təyyarə, döyüş və yük vertolyotlarında) başverən  qəza hadisələrinə görə də dünya dövlətləri  arasında önyerlərdən birini tuturlar. Belə ki, fevralın 15-də Naxçıvandakı hərbihissədə təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu MüşfiqBəylərov idarə etdiyi tankı xəndəyə aşırmışdı.  M.Bəylərov kabinədənçıxarkən texnikanın altında qalaraq dünyasını dəyişmişdi...