Xəbər lenti

Ağstafada müasir üslübda təsis edilmiş ticarət mərkəzi istifadəyə verildi
İdman07:23 30.08.2021

Ağstafada müasir üslübda təsis edilmiş ticarət mərkəzi istifadəyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa şəhərində müasir üslübda təsis edilmiş "İki qapılı” ticarət mərkəzi istifadəyə verilib.
Qaynarinfo xəbər verir ki, ticarət mərkəzinin  istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, yerli sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
Ticarət obyektinin sahibi Elşad Vəliyev ölkəmizdə iş adamları və sahibkarlara göstərilən yüksək dövlət qayğısına görə ağstafalı sahibkarlar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. Sahibkar bildirib ki, məqsəd əhaliyə yüksək keyfiyyətli xidmət göstərməkdir.
Sonra burada yaradılan şəraitlə tanışlıq olub. Ticarət mərkəzinin tərkibinə ərzaq məhsullarının satışı, geyim dükanı, ailəvi restoran və uşaq əyləncə bölmələri, eləcə də müasir texnologiyalar əsasında şirniyyat istehsalı və satışı sahəsi daxildir.