Xəbər lenti

Ağstafanın Aşağı Kəsəmən kəndində Şəhidlər Bulağı abidə-kompleksi istifadəyə verildi
Ölkə07:50 03.09.2021

Ağstafanın Aşağı Kəsəmən kəndində Şəhidlər Bulağı abidə-kompleksi istifadəyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafada şəhidlərimizin xatirəsinə növbəti bulaq abidə-kompleksinin açılışı Aşağı Kəsəmən kəndində olub. Kompleksdə altı nəfər 1-ci Qarabağ mühairbəsi və iki nəfər Vətən müharibəsi şəhidimizin xatirə lövhəsi həkk olunaraq adları əbədiləşdirilib. 
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 
Xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, şəhidlərin torpaq uğrunda göstərdikləri qəhrəmanlıq nümunəsindən söz açılıb. 
Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.