Xəbər lenti

"Aston Villa"nın fubolçusu başına gələn dəhşətli hadisədən danışdı
İdman13:54 28.12.2021

"Aston Villa"nın fubolçusu başına gələn dəhşətli hadisədən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aston Villa"nın futbolçusu Kortney Haus üç il əvvəl yaşadığı dəhşətli hadisədən danışıb.
Qaynarinfo xəbər verir ki, futbolçu xuliqan bir dəstə tərəfindən şiddətli hücuma məruz qaldığını və şüşə qabla vurulan zərbə nəticəsində başından yaralandığını deyib.
Haus sosial media üzərindən yayımlanan "Power Hause Journey ft." adlı sənədli filmin ikinci hissəsində çıxışı zamanı həmin vaxt təqib olunduğunu bilmədən Oksford küçəsində yerləşən evinə doğru çatanda onu hədəfə alan bir dəstə ilə qarşılaşdığını deyib:
"Öz qapıma tərəf getdim, oğlum evdən çıxan zaman yaxınlıqda bir maşın dayandı. Sürücünün oturduğu yerin qapısından başqa bütün qapılar açıldı. Beş nəfər maşından düşdü. Yadımdadır, onların aralarında olan uzun boylu bir oğlan var idi və o, "onu tut, onu tut, tut" dedi. O, qolunu geri çəkəndə məni yumruqlayacağını düşündüm... Bu bir şüşə idi və parçalandı... Başımdakı çapığı həmin şüşə ilə vurulandan sonra almışam. Pəncərədən baxa bilmirdim. Adamın üzünü görə bilmədim, sanki kabus idi. Onun kim olduğunu düşünürdüm. Bəlkə də çılğın səslənir, amma yalan demirəm, pəncərədən baxarkən aşağı yıxılacağımı və onların məni vuracaqlarını fikirləşirdim. Niyə məni bu qədər təqib etdiklərini, ölməyimi istədiklərini düşünürdüm. Hadisədən sonra qısa müddət ərzində müalicə olundum və sağaldım".

Səbuhi Həsənov