Ölkə 18:41 26.12.2021

Ağsuda avtomobil elektrik dirəyinə çırpıldı: 7 kənd işıqsız qaldı

Ağsu rayonunda avtomobilin elektrik dirəyinə çırpılması 7 kəndi işıqsız qoyub.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, Şamaxı sakini, 30 yaşlı sürücü Əzimov Dərgah Hüseyn oğlu Ağsu-Şamaxı yolunda "VAZ 21011” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü D.Əzimov müxtəlif dərəcəli ağır xəsarətlərlə Ağasu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı elektrik dirəyi aşıb, nəticədə yeddi - Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.