Xəbər lenti

Ağsuda dindarların tədbiri dağıdıldı
Ölkə12:51 28.03.2013

Ağsuda dindarların tədbiri dağıdıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında  Ağsu rayonunda Peyğəmbərin (s.a.s)  qızı Fatimənin (r.a) vəfatı münasibəti  ilə rayon məscidində  keçirilən  tədbirə yerli  polis və  MTN əməkdaşları  imkan verməyiblər.

Avropa.info-nun əldə etdiyi məlumata görə, tədbirə  keçmiş hicab məhbusu  Tale Bağırzadə  də  qatılıbmış. Tədbirin keçrilməsinə icazə verməyən  güc orqanları  dindarlara  təxribat ola biləcəyindən ehtiyyatlandıqları üçün  tədbirin keçrilməsinə icazə vermədiklərini bildiriblər. Bundan sonra  dindarlar  məsciddən çxarılaraq  ərazidən uzaqlaşdırılıblar.  Məscidin qapısı isə polis tərəfindən bağlanılıb.

Hazırda  rayon məscidinin qarşısında  polis postu qurulub.

Qaynar.info