Xəbər lenti

Ağsuda qəza: 6 yaralı
Ölkə13:42 30.11.2013

Ağsuda qəza: 6 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağsu rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə hadisə bu gün səhər saat 11:00 radələrində Ağsu-Bico yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Ağsu sakini, 1960-cı il təvəllüdlü Kərimov Zakir Balakişi oğlunun idarə etdiyi “QAZ-3110” markalı avtomobil qarşı tərəfdən gələn Vasif Heybətova məxsus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də maşınlardakı sərnişinlər - 1998-ci il təvəllüdlü Heybətov Elgün Vasif oğlu, 1983-cü il təvəllüdlü Kərimov Hətəmxan Xanlıq oğlu, 1929-cu il təvəllüdlü Kərimova Almaz Həsən qızı və 1963-cü il təvəllüdlü Kərimova Gülnarə Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində araşdırma aparılır.  

Qaynar.info