
Azərbaycanda Aşura günü toplanılan təhlükəli qan yandırılaraq məhv edilir. Virus olan qanın xəstəxanalara paylanılması mümkün deyil. Çünki qanvermə aksiyalarından toplanılan qan 4-cü nəsil reaktivlərlə yoxlanıldıqdan sonra qan bankına göndərilir".
Bu sözləri Movqe.az-a açıqlamasında Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib. P. Hacıyeva bildirib ki, könüllü qanvermə aksiyalarına qan vermək üçün gələn vətəndaşlardan hansısa təhlükəli, infeksion xəstəliyinin olub-olmadığı soruşulur: "Amma iş bununla bitmir. Hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanılaraq 4 infeksiyaya görə yolxlanılır. Müayinələr 4-cü nəsil reaktivlərlə aparıldığından, yoluxma üç gün olsa belə virus üzə çıxır. Bundan sonra qan banka daxil edilir".
P. Hacıyeva Aşura günündə aksiyada təhlükəli qan toplanılması halının da qeydə alındığını söylədi. Onun sözlərinə görə, ötən il Aşurada toplanılan 4 min vahid qandan 480-də təhlükəli infeksiya olduğundan yandırılaraq məhv edilib.
Qaynar.info