Xəbər lenti

Ata oğlunu 50 bıçaq zərbəsiylə öldürdü- Bakıda şok
Ölkə17:56 20.07.2014

Ata oğlunu 50 bıçaq zərbəsiylə öldürdü- Bakıda şok

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Qobu qəsəbəsində ata oğluna 50 bıçaq zərbəsi vuraraq öldürüb. Hadisə dünən axşam saat 20 radələrində baş verib.

Qaynar.info-nun Axar.az-a istinadən məlumatına görə, oğul qatili olan ata Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, 64-də yaşayan Eldəniz Kamal oğlu Məmmədovdur. Eldəniz Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Dünən axşam isə evə sərxoş gələrək evdə də içməyə başlayıb. Bu zaman oğlu İbrahim atası ilə mübahisə edib. Mübahisə zəminində Eldəniz Məmmədov 14 yaşlı oğlu İbrahimi 50 bıçaq zərbəsi ilə qətlə yetirib.

Xüsusi amansızlıqla oğlunu öldürən 1974-cü il təvəllüdlü Eldəniz Məmmədov həbs edilib və barəsində Abşeron Rayon Prokurorluğunda CM-nin 122.4-cü maddəsi ilə cinayət işi açılıb

Qaynar.info