
Ata-anasını öldürən Bakı sakininin cəzası qüvvəsində saxlanılıb.
Qaynar.info xəbər verir ki, Вакı Apellyasiya məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Sabunçu rayon sakini Aqil Mirzəyevin (1971-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 186.2.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə,yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
İstintaq materiallarına əsasən, 2013-cü il dekabrın 21-də Sabunçu rayonunda qətl törədilib. Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan Aqil Mirzəyev atası, Nəriman Mirzəyevi (1938-ci il təv.) və anası Tərlan Mirzəyevaya (1941-ci il təv.) balta və bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daha sonra valideynlərinin öldüyünü düşünən A.Mirzəyev evi yandıraraq qaçıb. Qonşuluqda yaşayan şəxslər mənzildən tüstü qalxdığını müşahidə edib və dərhal hüquq-mühafizə orqanlarına məlum verilib. Evdə ağır vəziyyətdə olan yaşlı insanlar təcili tibbi yardım maşını ilə 3 saylı kliniki xəstəxanasına aparılıblar və həkimlərin müdaxiləsinə baxmayaraq hər ikisi keçinib. A.Mirzəyev Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı Aqil Mirzəyevin ruhi-əsəb dispanserində qeydiyyatda olması məlum olub, cinayət isə ailə-məişət zəmnində baş verib. Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. İşi araşdıran Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Qaynar.info




