Xəbər lenti

Atası azərbaycanlı olan futbolçu Kiprdə komandasına qələbə qazandırdı
İdman13:03 15.02.2016

Atası azərbaycanlı olan futbolçu Kiprdə komandasına qələbə qazandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiprin paytaxtı Larnakada keçirilən Rusiyanın I dəstəsi klubları arasında turnirdə B qrupunda 1 oyun baş tutub.

Qaynar.info xəbər verir ki, Tula "Arsenal"ı "Ammoxostos" stadionunda Sankt-Peterburqun "Zenit" klubunun II komandası ilə qarşılaşıb.

Görüş "Zenit-2"nin əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Belə ki, "Zenit"in atası azərbaycanlı olan futbolçusu Ramil Şeydayev 85-ci dəqiqədə komandasına penaltidən qələbə qazandırıb.

Qaynar.info