Xəbər lenti

Atası partiyanı Günay Ağamalıya təhvil verir?
Siyasət 10:51 13.08.2025

Atası partiyanı Günay Ağamalıya təhvil verir?

Ana Vətən Partiyası sədr dəyişikliyinə hazırlaşır. 

Bir müddət əvvəl Fəzail Ağamalı partiya sədrliyindən gedəcəyini açıqlamışdı. Ondan sonra kimin sədr olacağı isə maraq doğurur. Ən güclü namizəd onun qızı Günay Ağamalıdır. Ötən il parlament seçkilərində deputat seçilən Günay Ağamalının partiyada bənzər addımı atacağı gözlənilir. 

"Cebheinfo.az”-ın partiyaya yaxın mənbələrdən əldə etdiyi məlumata əsasən, Günay Ağamalı oktyabrda keçiriləcək qurultayda əsas namizəddir. Fəzail Ağamalının namizəd olmayacağı qurultayda qızının qarşısına güclü namizədin çıxacağı proqnozlaşdırılmır. 

Beləliklə, G.Ağamalı parlamentdən sonra partiyada da atasını əvəz etməyə çox yaxındır. Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçiləcəyi təqdirdə deputat olan ilk xanım partiya sədri ünvanına da sahib olacaq. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->