Xəbər lenti

Atasının pullarını oğurladı, əyləncə klublarında xərclədi
Ölkə 14:35 20.10.2025

Atasının pullarını oğurladı, əyləncə klublarında xərclədi

Ağsu rayonunda atasının pullarını oğurlayıb Bakıda əyləncə klublarına xərcləyən oğul cəzalandırılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1996-cı il tarixdə Ağsu şəhərində anadan olmuş Kamran Əzizovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, Kamran Əzizov Ağsu şəhəri S.Rzayev küçəsi yerləşən evlərindən 400 ABŞ dolları və 6150 manat pulu oğurlayıb. Həmin pul təqsirləndirilən şəxsin atası Sahibə məxsus olub. Zərərkəmiş avtomobilini sataraq pulu yataq otağında döşəklərin arasında saxlayıb. Sahibin oğlu isə onları oğurlayaraq Bakıya gəlib. 

Kamran məhkəmədə ifadəsində deyib ki, oğurladığı pulları Bakıdakı müxtəlif əyləncə klublarında xərcləyib. Əməlindən peşman olduğunu deyən Kamran atası ilə barışdığını da dilə gətirib. 

Məhkəmənin hökmü ilə Kamran cinayətin törədilməsində təqsirli bilinib, tutulduğu 2 gün müddət çıxılmaqla ona qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->