Xəbər lenti

ATİB-ə yeni sədr seçildi
Ekonomiks10:54 11.12.2023

ATİB-ə yeni sədr seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Türkiyə İş Adamları Birliyinə (ATİB) yeni sədr seçilib.
Bu barədə Qaynarinfo-ya ATİB-dən bildirilib. Məlumata görə, bununla bağlı keçirilən ümumi yığıncaqda İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov İdarə Heyətinin sədri seçilib. O, bu vəzifədə Cemal Yanqını əvəz edib.
Bundan əlavə, ATİB-in İdarə Heyətinə iki yeni üzv də seçilib. Bunlar "Norm Otomasyon" şirkətindən Erdem Ercin və MGM Groupdan ⁠Muhammed Güvendir. Qeyd edək ki, bununla da ATİB-in İdarə Heyətinin üzvlərinin sayı 9 olub.
Xatırladaq ki, ATİB-in yeni sədri M.Rüstəmov 2010-2017-ci illərdə "PAŞA Həyat Sığorta"nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, 26 fevral 2013-cü ildən isə ATİB İdarə Heyətinin sədr müavinidir. Hazırda "Pozitiv Konsaltinq" MMC-nin səhmdarı, "Səba” şirkətinin Direktorlar Şurasının üzvüdür.