“Atletiko” Çempionlar Liqasının finalına xüsusi formayla çıxacaq.
“Futbolxeber.az” xəbər verir ki, Madrid klubunun “Land of fire Azerbaijan” yazılmış formasında İspaniya millisinin və “Atletiko”nun sabiq çalışdırıcısı Luis Araqonesin də adı yer alacaq. Mərhum məşqçinin adı formanın içəri tərəfində yazılacaq.
Xatırladaq ki, “Atletiko”ya həm İspaniya çempionluğunu, həm də ölkə kubokunu qazandıran Araqones bu ilin 1 fevralında, 75 yaşında dünyasını dəyişib.
Qaynar.info