Xəbər lenti

"Atletiko"nun futbolçusu "Qarabağ"la bağlı rekordu yeniləyə bilmədi
İdman16:07 06.04.2018

"Atletiko"nun futbolçusu "Qarabağ"la bağlı rekordu yeniləyə bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Koke klub tarixinin ən erkən qoluna imza atıb.
"Report"un məlumatına görə, bu, Portuqaliya "Sportinq"i ilə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. 
İspaniyalı yarımmüdafiəçi görüşün 22 saniyəsində fərqlənib. Lakin 26 yaşlı futbolçu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib. 
Avropa Liqasının ən erkən qolu 2016-2017-ci il mövsümündə qeydə alınıb. J qrupunda keçirilən "Qarabağ" - "Slovan" (2:2) matçında Çexiya təmsilçisinin futbolçusu Yan Sikora qarşılaşmanın 10-cu saniyəsində fərqlənib. 
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında "Atletiko" "Sportinq"i 2:0 hesabı ilə məğlub edib.