Xəbər lenti

Atletimiz Avropa Oyunlarından kənarlaşdırıldı - Dopinq şoku
Ölkə10:21 27.06.2015

Atletimiz Avropa Oyunlarından kənarlaşdırıldı - Dopinq şoku

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın yüngül atletika komandasının Efipoiyadan gətirilmiş oyunçusu Çaltu Bedji dopinq testindən keçmədiyi üçün “Bakı-2015” I Avropa Oyunlarından kənarlaşdırılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Britaniyanın sportsmale.co.uk idman portalı məlumat yayıb.

Efiopiyalı idmançı Avropa Oyunlarında maneələri adlamaqla 3 min metr məsafəyə qaçışda rekord vurub. Lakin ötən həftə ondan götürülmüş nümunələrin analizi göstərib ki, idmançı antidopinq qaydalarını pozub. Onun qanında qadağan edilmiş kimyəvi maddə aşkarlanıb.

Bu səbəbdən Çaltu Bedji Avropa Oyunlarından kənarlaşdırılıb. Bedjinin oyunlardan kənarlaşdırılması Azərbaycanın yüngül atletika komandasının Avropa Oyunlarındakı göstəricilərinə təsir göstərməyib.

Qaynar.info