Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası fəaliyyətini yenidən ənənəvi qaydada davam etdirəcək.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə klinikanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Klinika professorlar, dosentlər və peşəkar tibbi heyətlə yenidən xidmətinizdədir”, - klinikanın açıqlamasında deyilir.
Xatırladaq ki, klinika ölkədə pandemiya ilə mübarizə çərçivəsində koronavirus xəstəxanasına çevrilmişdi və fəaliyyətini bu istiqamətdə təşkil etmişdi.