Xəbər lenti

ATV-nin reportajları efirə getmədi - Canlı yayımda nə baş verib? + Video
Ölkə06:33 30.09.2016

ATV-nin reportajları efirə getmədi - Canlı yayımda nə baş verib? + Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dünənki yağış getsin gəlməsin. Bu mənzərəyə başqa ad vermək olmur. Dünənki yağış aydınlıqdan başqa hər şey gətirdi. Həyətdə qalıb çıxa bilməyənlər də oldu. Köməyə xilasedicilər gəldi. Elə ATV də onlarla birgə prosesi lentə alıb”.

ATV kanalının xəbərlər proqramında aparıcı xəbəri oxusa da, süjet efirə getməyib. Aparıcı növbəti məlumatı oxumağa davam edib, bu süjet də texniki qüsur səbəbindən efirə “həsrət qalıb”. Aparıcı tamaşaçılardan üzr istəyərək növbəti reportajı təqdim edəcəklərini söz verib və sıradakı məlumatı oxumağa başlayıb. Bu reportajın təqdim edilməsində də problem yaranıb. Zığ ərazisində yaranan sürüşmə haqda məlumatın reportajı da “tilsim”ə düşərək efirə gedə bilməyib.

Xarici xəbərlər isə yarımçıq qalıb və onu vaxtsız reklam əvəz edib.(A24.az)