"Azad Azərbaycan" televiziya kanalında (ATV) yayımlanan "ATV Səhər" verilişinin baş redaktoru Aytən Əliyevaya İcbari Sığorta Bürosunda vəzifə verilib.
Qaynarinfo xəbər verir ki, o, Büroya mətbuat katibi təyin edilib. Bu barədə A.Əliyeva sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, A.Əliyeva 1996-cı ildən televiziya sahəsindədir. İxtisasca jurnalist olan A.Əliyeva fəaliyyətinə Azərbaycan Dövlət Televiziyasının "Gənclik" redaksiyasında başlayıb, daha sonra "İnternews”media qurumunda, "Azad Azərbaycan" televiziyasının "Xəbərlər" departamentində çalışıb. O, həmçinin, "Xəzər” və "Space” telekanallarında aparıcı olub.