Xəbər lenti

Aubameyanq kapitanlıqdan birdəfəlik məhrum edildi
İdman13:20 14.12.2021

Aubameyanq kapitanlıqdan birdəfəlik məhrum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Arsenal" Pyer-Emerik Aubameyanqın kapitanlıqdan məhrum edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb Qabon millisinin üzvünün keçən həftə Fransa səfərindən gec qayıtdığı və sonradan şənbə günü "Sauthempton"la qarşılaşmanı buraxması göstərilir. Bununla yanaşı klub onun çərşənbə axşamı "Vest Hem"lə görüşdə iştirak etməyəcəyini də təsdiqləyib. "Arsenal"ın açıqlamasında futbolçunun keçən həftə etdiyi son intizamsızlıqdan sonra artıq kapitan olmayacağı və çərşənbə günü "Vest Hem"ə qarşı oyun üçün nəzərdən keçirilməyəcəyi bildirilib. Bununla yanaşı xüsusən də kapitandan müəyyən edilən, hamının razılaşdığı qaydalara və standartlara uyğun işləməsini gözlənildiyi ifadə olunub. 
Komandanın baş məşqçisi Mikel Arteta da bunu təsdiqləyib. O, açıqlamasında bu sözləri söyləyib: "Aubameyanq intizamsızlığa görə heyətdən kənarda qaldı. Başqa heç nə deməyəcəm. Mən bütün diqqətimi performansa və komandanın meydanda etdiklərinə yönəldəcəyəm".
32 yaşlı futbolçu daha əvvəl də cəzalandırılmışdı. O, bu ilin əvvəlində komandadaxili iclasa gecikdiyi üçün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirmək məcburiyyətində qalmışdı. Yalnız bundan sonra ona kapitanlıq sarğısını daşımağa icazə verilmişdi. Son hərəkətindən sonra isə futbolçu baş məşqçinin gözündən düşüb və ona ikinci şans verilməyib.
Aubameyanq son iki il ərzində kapitanlıq sarğısından məhrum edilən ikinci futbolçudur. Buna qədər klub rəhbərliyi Qranit Xakadan azarkeşləri təhqir etdiyi üçün kapitanlıq sarğısını almışdı.
Səbuhi Həsənov