Xəbər lenti

AVRO-2016-nın seçmə mərhələsi: Azərbaycan - Bolqarıstan - 1:2
İdman18:53 09.09.2014

AVRO-2016-nın seçmə mərhələsi: Azərbaycan - Bolqarıstan - 1:2

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli komandamız bu gün AVRO-2016-nın seçmə mərhələsində mübarizəyə qoşulub.

Qaynar.info-nun Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Berti Foqtsun rəhbərlik etdiyi yığma yeni tsiklə Bakıda baş tutan ev oyunu ilə start verib. 

İlk dəfə AVRO-1996-nın seçmə mərhələsində çıxış edən komandamızın rəqibi Bolqarıstan millisi olub. 

“Bakcell Arena”da baş tutan qarşılaşmada komandamız uduzub. İlk hissədə qapısından top buraxan yığmamız ikinci yarında hesaba tarazlıq gətirib. Lakin oyunun sonuna 3 dəqiqə qalmış, matça ikinci hissədə daxil olan Ventsislav Xrisov komandasını sevindirib – 1:2. 

Qeyd edək ki, matçı İsraildən olan hakimlər briqadası idarə edib. 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

9 sentyabr 

AZƏRBAYCAN - BOLQARISTAN - 1:2

QOLLAR: Dmitri Nazarov, 45 - İliyan Miçanski, 14, Ventsislav Xrisov, 87

Baş hakim: Alon Yefet

Qaynar.info