Xəbər lenti

Avro-2020-nin ev sahibləri nə vaxt elan olunacaq?
İdman17:03 15.08.2014

Avro-2020-nin ev sahibləri nə vaxt elan olunacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA AVRO-2020-nin final mərhələsini qəbul edəcək şəhərlərin adını açıqlayacağı tarixi elan edib. 
Ans press-in məlumatına görə, sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı sentyabrın 19-u, UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında elan olunacaq.
Xatırladaq ki, yarışa 19 ölkə namizəddir. Onların sırasında Bakı ilə təmsil olunan Azərbaycan da var.
Ümumilikdə, namizəd ölkələr bunlardır: Azərbaycan (Bakı), Rusiya (Sankt-Peterburq), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Danimarka (Kopenhagen), Şotlandiya (Qlazqo), İspaniya (Bilbao), Macarıstan (Budapeşt), İrlandiya (Dublin), İsrail (Yerusalim), İtaliya (Roma), Makedoniya (Skopye), Hollandiya (Amsterdam), Uels (Kardiff), Rumıniya (Buxarest), İsveç (Stokholm), İngiltərə (London), Almaniya (Münhen).
Qaynar.info