İdman 14:33 10.10.2022

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunun təqvimi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Canni de Byazinin yetirmələri ilk oyununu səfərdə keçirəcək.

Komandamız gələn il martın 24-də Avstriyanın qonağı olacaq. Millimiz qrupda son görüşünü isə noyabrın 19-da Belçika səfərində keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu

I tur, 24 mart 2023-cü il
22:45. Avstriya - Azərbaycan

II tur, 27 mart
22:45. İsveç - Azərbaycan

III tur, 17 iyun
21:00. Azərbaycan - Estoniya

IV tur, 9 sentyabr
21:00. Azərbaycan - Belçika

V tur, 13 oktyabr
22:45. Estoniya - Azərbaycan

VI tur, 16 oktyabr
21:00. Azərbaycan - Avstriya

VII tur, 16 noyabr
21:00. Azərbaycan - İsveç

VIII tur, 19 noyabr
21:00. Belçika - Azərbaycan