Xəbər lenti

AVRO-2024: Azərbaycan millisinin rəqibi itki ilə üzləşdi
İdman 23:55 10.10.2023

AVRO-2024: Azərbaycan millisinin rəqibi itki ilə üzləşdi

İsveç millisi Moldovaya qarşı yoldaşlıq, Belçika ilə AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl itki ilə üzləşib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, İngiltərənin "Nyukasl” klubundan heyətə cəlb edilən Aleksandr İsak bu matçlarda meydana çıxa bilməyəcək.

24 yaşlı hücumçu "Vest Hem”lə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın VIII turunun matçında zədələnib. Yığmanın düşərgəsində aparılan müayinələrdən sonra forvardın komandaya kömək edə bilməyəcəyi bəlli olub.

Qeyd edək ki, oktyabrın 12-də Moldova ilə üz-üzə gələcək İsveç bundan 4 gün sonra Belçikanın qonağı olacaq. İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda mübarizə aparır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->