Xəbər lenti

AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzdu (YENİLƏNİB)
İdman16:16 22.06.2024

AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzdu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyunu baş tutub.
Qaynarinfo xəbər verir ki, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.
Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.
Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.
Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.
Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.
 21:21
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Brunu Fernandeş 56-cı dəqiqədə növbəti dəfə "ay-ulduzlular"ı məyus edib.
Hazırda Portuqaliya komandası 3:0 hesabı ilə öndədir.
 21:09
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ikinci hissə başlayıb.
Qaynarinfo xəbər verir ki, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.
21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.
20:48
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ilk hissə başa çatıb.
Qaynarinfo xəbər verir ki, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.
21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.
20:38
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında daha bir qol vurulub.
Qaynarinfo xəbər verir ki, "ay-ulduzlular"ın heyətində Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olub.
Portuqaliya komandası hazırda 2:0 hesabı ilə öndədir.
20:25
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında hesab açılıb.
Qaynarinfo xəbər verir ki, portuqaliyalı Bernardu Silva 21-ci dəqiqədə fərqlənib.
20:16
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.
Qaynarinfo xəbər verir ki, Türkiyə - Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.
Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.
F qrupunda II turun bu gün baş tutan Gürcüstan - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.
AVRO-2024 iyulun 14-də başa çatacaq.