Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1405-manatdan 1.1452-yə qalxıb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində ötən həftədəki nisbi sabitlikdən sonra ucuzlaşma qeydə alınıb. Dollar 1.0499-dan 1.0497-yə düşüb.
Rus rublunun məzənnəsində də ucuzlaşma qeydə alınıb. Rubl 0.0167-dən 0.0166-ya düşüb.
Qaynar.info

