Xəbər lenti

Avro ucuzlaşdı, dollar...
Ekonomiks06:05 30.03.2015

Avro ucuzlaşdı, dollar...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 avro bir gündə 1,1416-dan 1.1395-ə qədər ucuzlaşıb. 
ABŞ dollarının məzənnəsi isə manata nisbətdə dəyişməyib. Belə ki, 1 ABŞ dolları 1.0484 olaraq müəyyən edilib.
Rusiya rublunun kursunda da dəyişiklik qeydə alınmayıb. 1 rublun bu günə olan məzənnəsi 0.0181 olaraq müəyyən olunub. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
Qaynar.info