Xəbər lenti

Avrokubok təmsilçimizi daha bir rəsmi şəxs tərk etdi
İdman17:49 01.06.2021

Avrokubok təmsilçimizi daha bir rəsmi şəxs tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Keşlə”nin idman direktoru Ceyhun Sultanov klubu tərk edib.
Bu barədə Oxu.Az-a "Sumqayıt” və "Neftçi” kimi klublarda da çalışmış C.Sultanovun özü deyib:
"İşdən ayrılmağım maaş azlığı ilə bağlı deyil. Müqaviləm başa çatıb. Özümün də beynimdə görəcəyim işlər var. Onları reallaşdırmaq istəyirəm. Ola bilər ki, başqa bir klubda da işləyim”.
Ceyhun Sultanov ötən mövsümün ortasında "Neftçi”dən idman direktoru postundan "Keşlə”yə keçmişdi.
Qeyd edək ki, daha əvvəl Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Keşlə”nin mətbuat xidmətinin rəhbəri Murad Axundov klubdan ayrılmışdı. Onun maaş azaldılmasına görə klubdan ayrıldığı və başqa sahədə işə başladığı bildirilir.