Xəbər lenti

Avrokuboklarda 5 əvəzetməyə icazə verildi
İdman18:03 17.06.2020

Avrokuboklarda 5 əvəzetməyə icazə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqası və Avropa Liqasında mübarizəni davam etdirən klublar matç ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.
Bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
2020/2021 mövsümündən isə əvəzetmə sayı əvvəlkitək 3 olacaq.
"Report"un məlumatına görə, komandaların UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha 3 futbolçunun əlavə olunmasına icazə verilib. Lakin həmin futbolçular klubun özünə məxsus olmalıdır. Siyahıda 25-dən çox oyunçunun adı olmamalıdır.
Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsindən etibarən Portuqaliyanın Lissabon (12-23 avqust), Avropa Liqası isə Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində (10-21 avqust) keçiriləcək.