Xəbər lenti

Avrokuboklarda həftənin ən yaxşı futbolçuları müəyyənləşdi
İdman17:24 30.09.2016

Avrokuboklarda həftənin ən yaxşı futbolçuları müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 UEFA Avropa Liqasında və Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçuları müəyyənləşib.

Azarkeşlər arasında aparılan sorğuya əsasən, "Beşiktaş"ın hücumçusu Rikardo Kuarejma qitənin bir nömrəli klub turnirində həftənin ən yaxşı oyunçu seçilib. O, səslərin 41 faizini toplayıb.

İkinci dərəcəli turnirin də ən yaxşısı türk klubunun üzvü olub. “Fənərbaxça”lı Cermeyn Lens də azarkeşlərin etimadını qazanıb.

Qeyd edək ki, R.Kuaejma Çempionlar Liqasının ikinci turunda "Dinamo"ya (Kiyev) qarşı matçda (1:1) komandasının qolunu vurub, Lens isə “Feyenord”la görüşdə “Fənərbaxça”nın ən fəal futbolçularından biri olub.(APA)

Qaynarinfo.Az