
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun İstanbulda baş tutub.
Türkiyənin “Fənərbaxça” klubu öz meydanında İtaliyanın “Latsio” klubunu qəbul edib. İlk hissəsi 0-0 bitən oyunun ikinci hissəsində "Fənərbaxça" istədiyi qoları vura bilib. Oyunun 78 və 90- dəqiqələrində istanbullular rəqib qapısından iki top keçiriblər. 2-0 hesabı ilə qalib gələn "Fənərbaxça" yarimfinala çıxmaq şanslarını asanlaşdırıb.
1/4 final mərhələsinin bütün oyunlarının nəticələri:
“Çelsi” (İngiltərə) – “Rubin” (Rusiya) - 3:1
Qollar: Torres, 16; 70, Moses, 32 - Natxo, 41-pen
“Tottenhem” (İngiltərə) – “Bazel” (İsveçrə) - 2:2
Qollar: Adebayor, 40, Siqurdsson, 58 - Stoker, 30, Frey, 34
“Benfika” (Portuqaliya) – “Nyukasl” (İngiltərə) - 3:1
Qollar: Moreno, 25, Lima, 65, Kardoso, 71 - Sisse, 12
“Fənərbağça” (Türkiyə) – “Latsio” (İtaliya) - 2:0
Qol: Vebo, 78-pen, Kuyt, 90
Qaynar.info