Bu gün Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.
Qaynarinfo-nun məlumatına görə, finalda "Sevilya” (İspaniya) "Roma" (İtaliya) ilə qarşılaşacaq.
Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik "Puşkaş Arena”da baş tutacaq. Bu, qitənin ikinci dərəcəli klub turnirində "Sevilya”nın 7-ci, "Roma”nın isə 2-ci finalı olacaq.
Turnirin rekordçusu olan ispanlar indiyə qədər keçirdikləri 6 həlledici matçın hamısında qalib gəlməyi bacarıblar. "Roma" isə cəmi bir dəfə final görüb. Paytaxt klubu həmin finalda digər İtaliya komandası "İnter”ə məğlub olub.
UEFA Avropa Liqası
31 may
23:00. "Sevilya” (İspaniya) – "Roma” (İtaliya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, "Puşkaş Arena”
Səbuhi Həsənov
Şərhlər