Bu gün Avroliqada yarımfinal mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, "Leyptsiq" səfərdə Şotlandiya təmsilçisi "Reyncers"lə üz-üzə gələcək. Digər qarşılşamada isə İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
5 may
23:00. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) (İlk oyun - 0:1)
Hakimlər: Artur Diaş, Rui Tavareş, Paulo Soareş, Tyaqo Martins, Joao Pinheyro (Portuqaliya), İvan Krujliak (Slovakiya)
Qlazqo, "Aybroks" stadionu
23:00. "Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə) (İlk oyun - 2:1)
Hakimlər: Xesus Hil Mansano, Dieqo Barbero, Anhel Nevado, Xose Mariya Sançes, Xuan Martines, Munuera, Alexandro Hernandes (İspaniya)
Frankfurt, "Frankfurtştadion"
Avroliqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.
Səbuhi Həsənov