Xəbər lenti

Avroliqada və Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir
İdman06:41 14.04.2022

Avroliqada və Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Gecənin ilk matçı İtaliyada "Atalanta" və Almaniya "Leyptsiq"i arasında olacaq. Digər oyunlarda İspaniya "Barselona"sı Almaniyanın "Ayntraxt"ını qəbul edəcəksə İngiltərə "Vest Hem"i Fransada "Lion"un qonağı olacaq. Portuqaliya "Braqa"sı isə Şotlandiya "Reyncers"lə üz-üzə gələcək. 
Avropa Liqası
1/4 final
Cavab oyunları
14 aprel
20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) (İlk oyun - 1:1)
23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) (İlk oyun - 1:1)
23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) (İlk oyun - 1:1)
23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) (İlk oyun - 0:1)
Bu gün həmçinin Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Yarımfinalçıların müəyyənləşəcəyi gecənin ilk matçında İngiltərə "Lester"i Niderlandda PSV-nin qonağı olacaq. Lesterdəki qarşılaşmada hesab açılmayıb.
Niderlandın digər təmsilçisi "Feyenoord" isə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə qarşılaşacaq. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i isə Yunanıstanda PAOK-la üz-üzə gələcək. Turnirin favoritlərindən İtaliya "Roma"sı Norveç təmsilçisi "Budyo Qlimt"lə görüşəcək.
UEFA Konfrans Liqası
1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) (İlk oyun - 0:0)
23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) (İlk oyun - 3:3)
23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) (İlk oyun - 1:2)
23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) (İlk oyun - 1:2).
Səbuhi Həsənov