Bu gün Avroliqanın 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq. "Barselona" Almaniyada "Ayntraxt"ın qonağı olacaqsa "Leypsiq" doğma arenada İtaliya "Atalantta"sını qəbul edəcək. İngilttərədə "Vest Hem" "Lionu", Portuqaliyada isə "Braqa" "Reyncers"i qəbul edəcək.
Avropa Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
20:45. "Leypsiq" (Almaniya) - "Atalanta" (İtaliya)
23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)
23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)
23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
Cavab görüşləri aprelin 14-də oynanılacaq.
Səbuhi Həsənov