
İsveçdә aparılan bir araşdırma xalqın yarısından çoxunun Avropa Birliyinә üzvlükdәn ayrılmaq istәdiyini göstərib.
Götebörq Universitetinin apardığı araşdırmaya görә, ölkәdә AB-dәn ayrılmaq tərəfdarı olanların sayı son illәrdə artmaqdadır. Araşdırmanın nəticələrinə görə, bu gün ölkədə AB-dən ayrılmaqla bağlı referendum keçirilərsə, isveçlilərin 60 faizi buna səs verməyə hazırdır. Sorğular ölkə əhalisinin yalnız 30 faizinin AB-də qalmaq tərəfdarı olduğunu göstərir.
3 il әvvәl aparılan araşdırmalar isə isveçlilәrin yarısından çoxunun AB-yә üzvlüyü dəstəklədiyini ortaya qoymuşdu.
Qaynar.info