Xəbər lenti

Avropa çempionatı: Azərbaycan cüdoçusu erməni rəqibini məğlub etdi
İdman 14:51 28.06.2024

Avropa çempionatı: Azərbaycan cüdoçusu erməni rəqibini məğlub etdi

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

"Report"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, Cəsur İbadlı (73 kq) ikinci qarşılaşmasında da qalib gəlib.

O, Ermənistan təmsilçisi Tiqran Sabukhanyandan üstün olub.

Səlim Soltanov (66 kq) və Aytən Verdiyeva (57 kq) isə uduzublar.

Daha əvvəl Vüsalə Hacıyeva və Aysun Məmmədova (hər ikisi 52 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->