Xəbər lenti

Avropa çempionatı: Azərbaycan millisi Yunanıstana qalib gəldi
İdman18:00 22.08.2023

Avropa çempionatı: Azərbaycan millisi Yunanıstana qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
C qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstanla üz-üzə gəlib.
İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.