Xəbər lenti

Avropa çempionatı: Azərbaycanın 4 cüdoçusu ilk gündə medal qazandı
İdman18:10 17.11.2023

Avropa çempionatı: Azərbaycanın 4 cüdoçusu ilk gündə medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın 4 cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.
"Report”un məlumatına görə, qitə birinciliyinin ilk günündə mübarizəyə qoşulan 9 nəfərdən 4-ü bürünc mükafata yiyələnib.
Bunlar Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyevadır (52 kq).
Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə uğursuz çıxış ediblər.