İdman 21:51 13.03.2022

Güləşçimiz 42 saniyəyə Avropa çempionu oldu (YENİLƏNİB)

Azərbaycanın sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Qaynarinfo-nun məlumatına görə, 125 kq-da rəqib Yunanıstan təmsilçisi Azamat Xosonov olub.

Qarşılaşmadan 7:3 hesabı ilə qalib ayrılan Əhmədov Avropa üçüncüsü olub.

Bununla da sərbəst güləş üzrə Azərbaycan milli komandası yarışı 4 qızıl və 3 bürünc medalla başa vurub.
 
20.05

Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Qaynarinfo-nun məlumatına görə, 86 kq-dakı Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.

Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.